Sumqayıtda bir ailənin altı uşağının zəhərlənməsinin TƏFƏRRÜATI
Sumqayıt şəhərində bir ailədə altı uşağın dəm qazından zəhərlənməsinin daha bir təfərrüatı məlum olub.
Məsələ ilə bağlı İctimai TV-yə danışan uşaqların anası bildirib ki, hadisədən əvvəl uşaqlar həyətdə oynayırdılar:
"Mən də evdə iş görürdüm. Birdən gözümdən yayınıb evə gəldilər. Əvvəlcə mətbəxə baxdım, orada deyildilər. Hamam otağına baxanda gördüm qapı açılmır. Güclə qapını açanda gördük, uşaqlar yerə səriliblər. İlk köməyə də qonşuları çağırdıq, sonra özüm bir-bir uşaqları çıxardım".
***15:12
Sumqayıt şəhərində bir ailədə 6 uşağın dəm qazından zəhərlənməsinin təfərrüatı məlum olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Qəsəbə sakini Kamil Cəbrayılovun 6 övladı yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib.
K.Cəbrayılov açıqlamasında bildirib ki, onun 9 övladı var:
"Həmişə böyük uşaqlarım azyaşlıları yuyundururdu. Dünən də böyüklər balaca uşaqları yuyundurmaq üçün hamama aparmışdı. Bir müddətdən sonra uşaqlar hamamdan çıxanda gördük ki, rəngləri qaralıb, özlərini pis hiss edirlər.
Hamama baxdıq ki, qızdırıcı qurğu dəm qazı buraxıb. Dərhal təcili yardım çağırdıq, uşaqları xəstəxanaya çatdırdıq. Səhər saatlarında uşaqlardan dördünün vəziyyəti normallaşdığı üçün onları xəstəxanadan evə buraxdılar.
Hazırda digər iki övladım da özlərini yaxşı hiss edir. Onları da xəstəxanadan çıxarırıq".
***12:41
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənmə hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəsəbə sakinləri - 2015-ci il təvəllüdlü Cəbrayılov Cəbrayıl Kamil oğlu, Cəbrayılov Məhəmməd Kamil oğlu (2018), Cəbrayılov Həmzə Kamil oğlu (2019), Cəbrayılova Ayişə Kamil qızı (2021) və Cəbrayılova Gülcənnət Kamil qızı (2024) yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.
Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda səhiyyə mərkəzinin əməkdaşı VƏFAT ETDİ
Bakı Baş Səhiyyə Mərkəzinin insan resursları və hüquq departamentinin böyük mütəxəssisi Radə Məmmədova vəfat edib. BAKU.WS xəbər verir ki, o, həmin departamenti...