Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutularaq Özbəkistana təhvil verilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutularaq Özbəkistana təhvil verilib
Hadisə 854

1997-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Akbarov Abror Anvar oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Özbəkistanda xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş A.A.Akbarov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb

Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb

Tovuz rayonunun Düz Cırdaxan kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Ford" markalı yüngül tic...

11 Hadisə 09:09 16 avqust 2026

Son xəbərlər