Bərdədə partlayış - Yaralananlar var

Bərdədə partlayış - Yaralananlar var
Hadisə 921
Bərdə rayonunda avtomobil təmiri sexində partlayış baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.Belə ki, ümumi sahəsi 30 kvadratmetr olan obyektdə minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib. Nəticədə ərazidəki avtomobil ehtiyat hissələri yanıb. Eyni zamanda hadisə zamanı rayon sakinləri - 1970-ci il təvəllüdlü Habil Orucov və 1960-ci il təvəllüdlü Telman Qasımov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.Alov söndürülüb, yaxınlıqdakı avtomobil və bitişik tikililər yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Sumqayıtda partlayış: ölən və yaralananlar var

Sumqayıtda partlayış: ölən və yaralananlar var

Sumqayıtda polad əritmə sexində partlayış baş verib.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliy...

16616 Hadisə 22:07 27 mart 2019

Son xəbərlər