BDU-nun qadın müəlliminin faciəvi ölümü
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi Tamara Xaspoladova faciəli şəkildə vəfat edib.
BAKU.WS-in "Report”a istinadən verdiyi məlumata görə, 75 yaşlı T.Xaspoladova mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.
BAKU.WS
Oxşar xəbərlər
Paytaxt sakini intihara cəhd etdi, özünü dənizə atdı
Ötən gün Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə Sabunçu rayo...