"Bazarstore"dan şirniyyatların üzərində gəzən tarakanla bağlı rəsmi açıqlama
Bakıda məşhur supermarketlərdən birində xoşagəlməz hal ortaya çıxıb.
BAKU.WS-in məlumatına görə, "Bazarstore" mağazasının "28 Mall"da yerləşən filialında şirniyyatların üzərində tarakanların gəzişdiyi məlum olub.
Bu barədə narazı müştərilər sosial şəbəkələrdə paylaşım edib. Hətta böcəyin şəkilini də çəkərək Facebook-da paylaşıblar.
BAKU.WS "Bazarstore" ilə əlaqə saxlayaraq məsələ ilə bağlı rəsmi münasibət öyrənib.
Həmin açıqlamanı təqdim edirik:
"Dəyərli müştərilərimiz, 28 Mall mağazamızda baş verən xoşagəlməz hadisədən ötrü təəssüflənirik. Həmin mağazamız gündəlik olaraq təchizatçı firmalardan tonlarla məhsul qəbul edir. Bizim təxminimizə görə kənardan gələn kardon qutulardan mağazamıza düşmə ehtimalı vardır. Qeyd etmək istəyirik ki, bütün mağazalarımızda müntəzəm olaraq profilaktik pest-kontrol (Dezinseksiya, Deratizasiya) yoxlamaları aparılır. Məsələn sonuncu kontrolun hesabatı əlavədədir. Bu məsələni yenidən pest-kontrol komandası ilə araşdırır və təcili tədbirlər görülməkdədir. Belə bir hal yaşandığı üçün bütün müştərilərimizdən üzr istəyirik".
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
“Gənclik Mall”da baş verən hadisə ilə bağlı rəsmi açıqlama
"Bu gün səhər saatlarında Gənclik Mall-da baş verən hadisə ilə əlaqədar olaraq Gənclik Mall rəhbərliyi bildirir ki, yeni il dekorasiyalarının uçması nəticəsində...