Bakının mərkəzində təhlükəli hadisə: ərəb turist ağır yaralandı
06
fev
2018
08:28
Bakıda müşahidə edilən güclü külək 1 nəfərin xəsarət almasına səbəb olub.BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, Küveytdən olan 1990-ci il təvəllüdlü turist Fəhad Saəd Abdullah Nizami küçəsi ilə gəzişərkən əsən güclü külək nəticəsində başına reklam löhvəsi düşüb.Nəticədə o, qapalı kəllə-beyin travması alıb. Yaralı "təcili yardım" maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.BAKU.WS
Oxşar xəbərlər
"Xəzər" TV-nin xanım aparıcısı studiyada yıxılaraq xəstəxanalıq oldu
"Xəzər" televiziyasının aparıcısı studiyada yıxılaraq ağır xəsarət alıb.“Report” xəbər verir ki, hadisə fevralın 1-də "Xəzər Xəbər"in efirə gedən 15:00 buraxılı...