Bakıda zoomarketə basqın edən şəxslər tutulublar
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda zoomarketə basqın edən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Belə ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rayon ərazisində baş verən quldurluq hadisəsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, yanvarın 7-də saat 16 radələrində Mərdəkan qəsəbəsi ərazisində yerləşən zoomarketə gələn 2 nəfər oranın sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək cibindən 14 000 manatı götürüb hadisə yerini tərk ediblər.
H.Babayev xəstəxanaya yerləşdirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əliyev və Ə.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda zoomarketə basqın olub, sahibi bıçaqlanıb
Bakıda xəstəxanaya yerləşdirilən kişinin hansı şəraitdə bıçaqlandığı məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, xəsarət alan 67 yaşlı Hikmət Babaye...