Bakıda gözətçini döyüb, marketi qarət etdi

07
yan
2020
13:45
Bakıda market qarət edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə yanvarın 6-da saat 1 radələrində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxsin orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu döyməsi, oradan 7500 manat pul götürüb hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakı metrosunda qadına qarşı xoşagəlməz hərəkət
Bakı metrosunda qadın qarət olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, metropolitendə Polis Şöbəsinə müraciət edən Ba...