Bakıda xarici vətəndaşa məxsus TIR qaz xəttinə çırpıldı, minlərlə abonent qazsız qaldı - YENİLƏNİB - VİDEO

Bakıda xarici vətəndaşa məxsus TIR qaz xəttinə çırpıldı, minlərlə abonent qazsız qaldı - YENİLƏNİB - VİDEO
Video
Hadisə 1

Ötən gün gecə saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi “Atçılıq” yaşayış massivində xarici dövlət qeydiyyat nişanlı yük avtomobili qaz xəttinə çırpılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində müxtəlif diametrli 150 metr uzunluğunda orta və aşağıtəzyiqli qaz xətləri yararsız hala düşüb, 3 000 abonentin qaz təchizatında fasilə yaranıb.

Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb, qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Bərpa işlərinin günün sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

*** 14:41

Ötən gün Xəzər rayonunda qaz xəttində qəza baş verib.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, nəticədə bir neçə min abonentə qaz verilişində problemlər yaranıb:

“Azəriqaz” İstehsalat Birliyinin" qaz xəttinə çırpılan maşın TIR-dır. Gürcüstan respublikasının vətəndaşına məxsus yük maşınıdır. Dərhal hadisə yerinə əməkdaşlarımız cəlb ediliblər. Həmin yerdə qazın verilişi dayandırılıb. Dərhal ərazidə bərpa işlərinə start verilib. Qaz xəttinə ciddi ziyan dəydiyinə görə bərpa prosesi gecikir. Buna baxmayaraq əməkdaşlarımız işləyirlər".

Qeyd olunub ki, bir neçə saat ərzində əraziyə qazın verilişi bərpa ediləcək.

Son xəbərlər