Bakıda xanım sürücünün maşını 3 dəfə fırlanıb aşdı

"VAZ 2107 markalı avtomobilin sürücüsü dönmə işığını yandırmadan yola çıxdı və mənim avtomobilimi sağdan vurdu".
Bunu BAKU.WS-ə açıqlamasında paytaxtın Xətai rayonunda qəzaya düşən avtomobilin xanım sürücüsü bildirib.
Onun sözlərinə görə, qəza baş verən zaman sürət həddi 40-50 arası olub.
"VAZ 2107-nin qayda pozmasına görə maşını aşırdım. Avtomobilim 3 dəfə fırlandı. Başımdan xəsarət almışam", - deyə sürücü vurğulayıb.
***13:00
Paytaxtın Xətai rayonunda qəza baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə saat 12 radələrində, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Nəticədə qəzaya düşən avtomobil çevrilərək aşıb.
Hadisə şahidinin sözlərinə görə, avtomobili idarə qadın sürücü xəsarət alıb.
Qəza baş verən yerdən kadrları təqdim edirik:
Oxşar xəbərlər
"Haber Global"da Yekaterinburqdakı azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlayıb
Türkiyənin "Haber Global" telekanalında Rusiyanın Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlanıb. BAKU.WS xəbər verir ki,...
