Bakıda xanım sürücü icarəlik avtomobillə qəza törədib, xəsarət alanlar var - VİDEO

02
iyn
2019
09:23
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS ONA-ya istinadla xəbər verir ki, Zərifə Əliyeva küçəsində "Kia" markalı avtomobili idarə edən xanım sürücü işıqforun qırmızı işığında hərəkətinə davam edib.Bu zaman onun avtomobili A.Bakıxanov küçəsi ilə hərəkətdə olan "BMW" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Kia" yol kənarındakı səkiyə dəyib. Qəza nəticəsində "Kia" sürücüsü və bir sərnişin xəsarət alıb. "BMW"-nin sürücüsü isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Hadisə ilə əlaqədar əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Oxşar xəbərlər
Bakıda iki avtomobil toqquşub, xanım sürücü xəsarət alıb - VİDEO
Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər yaralanıb.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, qəza Həsən Əliyev küçəsində baş verib.Belə...