Bakıda xanım sürücü qəza törətdi - Xəsarət alan var - FOTO

17
iyl
2018
09:42
Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən avtomobil qəzaya uğrayıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkətdə olan "BMW" markalı avtomobili idarə edən xanım sürücü işıqforun qırmızı işığından keçərkən Azadlıq prospekti ilə hərəkətdə olan "Mercedes" ona çırpılıb. Nəticədə "BMW"-nin sürücüsü bədən xəsarətləri alıb.Qəzadan sonra hər iki tərəf arasında mübahisə düşüb. Əraziyə Post Patrul və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.BAKU.WS









Oxşar xəbərlər
Bakıda sərnişin avtobusu qəza törətdi: sürücü qaçdı – FOTO
Bakıda sərnişin avtobusu sürücüsünün qayda pozuntusu qəzaya səbəb olub.BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzad...