Bakıda xanım sərnişinə əxlaqsız təklif edən taksi sürücüsü saxlanıldı - VİDEO - YENİLƏNİB
1972-ci il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-ə bildirib.
“Barəsində əmələ görə inzibati icra işi aparılıb. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə qurum rəsmisi bildirib.
***11:29
Gecə saatlarında paytaxtda taksi sifariş edən xanıma qarşı sürücüdən əxlaqsız hərəkət olub.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, orta yaşlı sürücü "Uber" taksi xidmətində fəaliyyət göstərir. O, gənc xanıma öz dili ilə desək, "yaxınlıq etməyi" təklif edib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, görüntüdə xanım sərnişinə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücüsünün aşkar edilməsi və barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi istiqamətində işlər aparılır:
"Paytaxt ərazisində şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları barədə vətəndaşlardan polis orqanlarına daxil olan şikayətlərin hər biri araşdırılır".
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...