Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb
Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib.
Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.
Hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.
Oxşar xəbərlər
Bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənmə hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir k...