Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird həbs olunub
07
fev
2026
16:26
Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird 4 ay müddətə həbs olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar verilib.
Ona Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.
Oxşar xəbərlər
Ötən gün Azərbaycanda 24 cinayətin üstü açılıb
Azərbaycanda iyulun 3-də qeydə alınan 24 cinayətin üstü açılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən cinayət...