Bakıda maşınları "soyan" oğrular ƏLƏ KEÇDİ
Xətai rayonu ərazisində 3 avtomobildən 1600 manat pul vəsaiti, bank kartları və 60 manat dəyərində zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-dən bildirilib.
Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı N.Eminov və 38 yaşlı Ə.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Yasamal rayonu ərazisində noutbuk, televizor və içərisində 500 manat dəyərində geyim əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Vəlibəyov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar aparılır.
Oxşar xəbərlər
Buzovnada dənizdə 30 yaşlı kişinin meyiti tapıldı
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin meyiti aşkarlanıb. BAKU...