Bakıda evə basqın olub, kişi öldürülüb, həyat yoldaşı yaralanıb

08
iyl
2019
13:30
Bakıda naməlum şəxslər evə basqın ediblər. BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib. İki nəfər naməlum şəxs 1979-cu il təvəllüdlü Araz Sofiyev və həyat yoldaşı Rəna Sofiyevanın yaşadıqları evə hücum edib.Həmin şəxslər ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən dünyasını dəyişib.Naməlum şəxslər evdən 5000 ABŞ dolları aparıblar.Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda dənizdə cinsi azlıq nümayəndələrini döydülər
Xəzər rayonunda çimərlikdə dörd nəfər cinsi azlıq nümayəndəsi döyülüb.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində yerləşən "City Bea...
