Bakıda mərmər sexinə basqın edildi, mühafizəçi döyüldü
06
dek
2018
22:13
Bakıda mərmər sexinə basqın edilib.BAKU,WS Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.4 nəfər naməlum şəxs "Qazel" markalı yük avtomobili ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mərmər sexinə qanunsuz daxil olaraq orada mühafizəçi işləyən, 1994-cü il təvəllüdlü Kazımov Kamal Taryel oğluna daş parçası ilə xəsarət yetiriblər.Daha sonra həmin şəxslər sexdən 1000 manat dəyərində mərməri götürüb hadisə yerindən qaçıblar.Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni Məmmədov Feyruz Məhəmməd oğlu, Quliyev Məmmədalı Qulu oğlu və Qələndər adlı şəxsin törətdiyi müəyyən edilib. F. Məmmədov tutularaq istintaqa təhvil verilib, difər şəxslərin tutulması istiqamətində axtarışlar davam etdirilir.BAKU,WS
Oxşar xəbərlər
Lənkəranda evə basqın edilib - Yaralı var
Lənkəranda evə basqın edilib. Hadisə rayonun Şeydəkəran kəndində baş verib.Naməlum şəxs dekabrın 1-də gecə saat 01 radələrində kənd sakini Ağayeva Əfiqə Rzalı q...