Lənkəranda evə basqın edilib - Yaralı var
03
dek
2018
19:33
Lənkəranda evə basqın edilib. Hadisə rayonun Şeydəkəran kəndində baş verib.Naməlum şəxs dekabrın 1-də gecə saat 01 radələrində kənd sakini Ağayeva Əfiqə Rzalı qızının evinə basqın edib. Ev sahibəsi səsə oyanıb və səs gələn tərəfə gedib. Bu vaxt naməlum şəxs ona hücum edərək yerə yıxıb.Daha sonra naməlum şəxs qadına bıçaqla zərbələr endirərək ona zorakılıq tətbiq edib və evdə olan 57 manat, eləcə də qızıl üzüyü götürüb hadisə yerindən qaçıb.Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-ci (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb və evə basqın edən şəxsin tutulması istiqamətində axtarış aparılır. (Trend)BAKU.WS
Oxşar xəbərlər
Bakıda silahlanıb aptekə basqın edən qadından YENİ XƏBƏR
Bakı Ağır Cinayətlər Məhkəməsində aptekə bıçaqla basqın etməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Aygün Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayı...