Bakıda klinikaya basqın

Bakıda klinikaya basqın
Hadisə 2422

Bakıda naməlum şəxslər klinikaya basqın ediblər.

BAKU.WS Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, avqustun 17-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən klinikalardan birində 2 naməlum şəxs orada işləyənlər - Bakı şəhər sakinləri Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edərək X.Piriyevaya məxsus mobil telefonu alıblar.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Fikrət Rzayev və Fəhmin Atakişiyev tutulublar.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Evə soxulub qadını bıçaqladı, pulunu apardı

Evə soxulub qadını bıçaqladı, pulunu apardı

Bakıda mənzilə basqın edən şəxs ev yiyəsini bıçaqlayıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Məlumata görə,...

1019 Hadisə 13:52 28 iyul 2016

Son xəbərlər