Bakıda dənizdə cinsi azlıq nümayəndələrini döydülər

Bakıda dənizdə cinsi azlıq nümayəndələrini döydülər
Hadisə 4129
Xəzər rayonunda çimərlikdə dörd nəfər cinsi azlıq nümayəndəsi döyülüb.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində yerləşən "City Beach” çimərliyi yaxınlığında baş verib.Naməlum şəxslər yol kənarında 1989-cu il təvəllüdlü R.T., 1995-ci il təvəllüdlü C.Q., 1994-cü il təvəllüdlü M.Ə. və 1988-ci il təvəllüdlü Ş.L.-ya əxlaqsız təkliflər ediblər.Bu təklifə görə tərəflər arasında mübahisə yaranıb. Nəticədə naməlum şəxslər onları döyərək ağır xəsarət yetiriblər.Yaralılar 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. T.R.-ya döş qəfəsinin sıyrıntısı, sağ bazunun əziyi, Q.C.-ya sol yanağın və hər iki dizin əziyi, Ə.M.-ya boyunun və sağ tərəfli böyrəyin əziyi, L.Ş.-ya isə sol qulağın sıyrılması diaqnozu qoyulub.Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriliblər.Məlumat üçün bildirək ki, döyülən şəxslərdən biri transseksual olub.Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda zəncirvari qəzada yaralananların adları AÇIQLANDI - VİDEO/YENİLƏNİB

Bakıda zəncirvari qəzada yaralananların adları AÇIQLANDI - VİDEO/YENİLƏNİB

Heydər Əliyev prospekti üzərində yerləşən Bağırov körpüsünün altında 5 maşının toqquşması ilə nəticələnən qəzada yaralananların şəxsiyyəti məlum olub.BAKU.WS "R...

6163 Hadisə 22:40 14 iyun 2019

Son xəbərlər