Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO
13
may
2019
14:58
Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS ONA-ya istinadla xəbər verir ki, Ələt qəsəbəsində təcili yardım avtomobili qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan şəxslər ağır bədən xəsarətləri alıblar.Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri kişi, ikisi qadındır. Xəsarət alan şəxslərin vəziyyətləri orta-ağırdır. Hər 3 şəxs Kliniki Tibbi Mərkəzə gətirilib. Bakıda təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.Qəza nəticəsində 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Oxşar xəbərlər
Gəncədə zəncirvari yol qəzası olub, yaralılar var
Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib."Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı 4 avtomobil toqquşub.Hadisə yerinə hüquq-mü...