Uşaqları aparan avtobus qəzasında xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

Uşaqları aparan avtobus qəzasında xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB
Hadisə 2141

Qobu qəsəbəsində uşaqları aparan avtobusun qəzaya uğrması nəticəsində xəsarət alanların kimlikləri müəyyənləşib. 1 saylı Kliniki Tibbi Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, yaralılar xəstəxanaya kəllə-beyin travması ilə daxil olublar.2004-cü il təvəllüdlü Mehman Əsgərov, 1989-cu il təvəllüdlü Nümunə Məmmədli və 1952-ci il təvəllüdlü Zöhrə Əkbərovadır hadisə zamanı xəsarət alıb. Mehman Əsgərov və Zöhrə Əkbərova reanimasiyaya yerləşdiriliblər. Digər yaralı Nümunə Məmmədli isə palatada müalicə alır. Xəstəxanaya nisbətən yüngül xəsarətlə daxil olan daha bir şəxs isə ambulator müalicə üçün evə buraxılıb.

***11.43

Abşeron rayonunda uşaqları aparan avtobus qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, hadisə Qobu qəsəbəsi ərazisində qeydə alınıb.

Uşaqları aparan avtobusun qəza uğraması nəticəsində xəsarət alanlar var. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılardan ikisi uşaq, 2-si isə böyükdür.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCADBAKU.WS

Son xəbərlər