Mingəçevirdə gəlini aparan maşın qəzaya uğrayıb, xəsarət alanlar var

Mingəçevirdə gəlini aparan maşın qəzaya uğrayıb, xəsarət alanlar var
Hadisə 1543
Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb."Report”un Şirvan bürosu xəbər verir ki, Nəsimi və Nərimanov küçələrinin kəsişməsində “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.Nəticədə adları hələ ki, dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər