Bakıda hamamda qan su yerinə axdı – VİDEO

Bakıda hamamda qan su yerinə axdı – VİDEO
Video
Hadisə 2963
Ötən gecə Bakıda kütləvi dava baş verib.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Binəqədi rayonunda baş verən kütləvi davada 4 nəfər xəsarət aləıb.Dava Azadlıq prospektindəki “Pak hamam”da qeydə alınıb.Bir qrup naməlum şəxs hamama daxil olub və burada çalışan ofisiantlarla mübahisə edib. İçkili olduqları iddia edilən həmin şəxslər bir müddət sonra yenidən hamama qayıdıblar. Bu dəfə özləri ilə gətirdikləri kəsici və küt alətlərlə ofisiantlara hücum ediblər. Nəticədə, dörd nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Onlardan 1994-cü il təvəllüdlü Əhmədli Nazim və digər yaralı ilkin tibbi yardımdan sonra evə buraxılıb.1999-cu il təvəllüdlü Quliyev Sahib və 1999-cu il təvəllüdlü Kərimli İsa xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onlara döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda çay evində qan töküldü — VİDEO

Bakıda çay evində qan töküldü — VİDEO

Gecə saatlarında paytaxtın Binəqədi rayonunun Mir Cəlal küçəsində bıçaqlanma hadisəsi baş verib.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdl...

1265 Hadisə 09:57 11 yanvar 2019

Son xəbərlər