Bakıda dəhşətli qəza: Sürücü maşından HAVAYA UÇDU - ANBAAN VİDEO
27
noy
2025
10:29
Ötən gün Abşeron rayonunda, Məmmədli–Fatmayı yolunda qəza baş verib.
BAKU.WS xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, qəzada "Chevrolet" markalı avtomobilin sürücüsü E. Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini aşması və əks zolağa çıxması səbəb olub.
"Sürücülər, xahiş edirik - sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!", deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Bakıda qonşusuna kəllə ilə zərbə vuran qadın cəzalandırıldı
Sabunçu rayonunda iki qonşu qadın arasında mübahisə məhkəmədə yekunlaşıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə məhəllədə uşaqların futbol oynaması...