Biləsuvarda avtomobil aşıb, ölən və yaralanan var

Biləsuvarda avtomobil aşıb, ölən və yaralanan var
Hadisə 35

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, qəza Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər