Bakıda arvadının üzünə kislota tökən batalyon komandiri imiş
01
noy
2019
15:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ilin dekabrında Bakıda arvadının üzünə kislota tökməkdə təqsirlləndirilən Fuad Axundovun yüksək rütbəli hərbçi olduğu məlum olub.BAKU.WS qafqazinfo-ya istinadən xəbər veri ki, F.Axundovun Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən hərbi hissəsində xidmət edib. Onun ailə üzvlərinin sözlərinə görə, Xüsusi Təyinatlılar bölüyünün komandiri olan Fuad Axundov polkovnik-leytenant rütbəsini daşıyıb.O, bir neçə il əvvəl təqaüdə çıxıb, “Aprel döyüşləri”ndən sonra onunla müqavilə müddəti artırılıb və Talış kəndi ətrafında cəbhəyə göndərilib. F. Axundov orada batalyon komandiri vəzifəsini icra edib. Ali Komandanlıq Məktəbinin məzunu olub. O, xidmətdə olduğu müddətdə bir neçə dəfə təltif olunub.Hazırda F.Axunov həyat yoldaşı Xatirə Axundovanın üzünə kislota tökməklə ağır xəsarət yetirməkdə ittiham olunur. S.Axundov həyat yoldaşının başqa kişilərlə intim münasibətdə olaraq ona xəyanət etdiyi üçün cəzalandırdığını bildirib.
Oxşar xəbərlər
Vilayət Eyvazovdan yol polisi ilə bağlı mühüm qərar - Onlar işdən ayrıldı
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində geniş islahatlara başlayıb və proses davam edir. Nazirin əmri ilə Baş Dövlət Yol Polisi İda...