Vilayət Eyvazov komandiri vəzifədən azad etdi

04
sen
2019
12:40
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.BAKU.WS xəbər verir ki, Respublika Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu gün Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib.V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Oxşar xəbərlər
Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ
Daxili işlər orqanlarında növbəti təyinat olub.BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə...
