Azərbaycanlı qadına təcavüz edib, üzünə "kislota" tökən şəxs haqqında QƏRAR VERİLDİ
09
okt
2017
14:31
Türkiyədə baş verən dəhşətli hadisə ilə bağlı yeni məlumat yayılıb. BAKU.WS-in məlumatına görə, Samsunda 41 yaşındakı Azərbaycan vətəndaşı cinsi təcavüz edib, daha sonra üzünə "kislota" tökən şəxs haqqında yenidən saxlanılma qərarı çıxarılıb. Bir neçə gün öncə saxlanılıb dindirildikdən sonra sərbəst buraxılan şəxs İstanbulda ələ keçirilib. Hadisə, təxminən 4 il əvvəl Samsuna gəlmiş iki uşaq anası, azərbaycanlı qadınla bir türk kişi arasında baş verib. Qadın maddi sıxıntı səbəbindən şübhəli şəxsdən borca pul istəyib. Hadisə baş verən gün şübhəli şəxsin evinə gedən qadın təcavüzə məruz qalıb. Şübhəli şəxs təcavüzə müqavimət göstərməyə çalışan adının üzünə "kislota" töküb. Polis tərəfindən nəzarətə alınan şübhəli şəxs zaminə buraxılmışdı. Ancaq prokurorluq bu qərara etiraz edib və sözügedən şəxs saxlanılıb. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı qadına təcavüz edib, üzünü yandırdılar
Türkiyənin Samsun şəhərində yaşayan 41 yaşlı azərbaycanlı qadın A.İ. təcavüzə uğrayıb.BAKU.WS-in Lent.az-a istinadla verdiyi məlumata görə, 2 uşaq anası olan A....