Bakıda ağır qəza: Motosikletçini vurub yaraladı və ...

Bakıda ağır qəza: Motosikletçini vurub yaraladı və ...
Hadisə 680

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində avtomobillə 1999-cu il təvəllüdlü Məsimov Musa Heydər oğlunun idarə etdiyi motosiklet toqquşub. Hadisə zamanı M.Məsimov xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Şahidlərin sözlərinə görə, minik avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. Lakin o, sonradan saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər