Gülçöhrə Məmmədova: "Dini abidələr Azərbaycanın memarlıq irsinin ən əhəmiyyətli və mühüm hissələrindən biridir"
"Dini abidələr Azərbaycanın memarlıq irsinin ən əhəmiyyətli və mühüm hissələrindən biridir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Əməkdar memar Gülçöhrə Məmmədova Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Tarixi-dini abidələrin mühafizəsi: çağırışlar və perspektivlər" konfransında deyib.
Rektor vurğulayıb ki, ötən əsrlərdən qorunub saxlanılan memarlıq abidələri arasında dini tikililər həm sayına, həm də memarlıq dəyərinə görə əhəmiyyətli yer tutur.
"Əbəs yerə deyil ki, müharibələr və silahlı münaqişələr zamanı məhz dini abidələr daha çox hücumlara məruz qalır. İşğalçılar onların dağıdılmasına xüsusi diqqət yetirirlər", - deyə o bildirib.
G.Məmmədovanın sözlərinə görə, Qarabağ və Zəngəzurun, o cümlədən Şərqi Zəngəzurun işğalı zamanı baş verən hadisələr də bunu təsdiqləyir.
O qeyd edib ki, məscidlərin dağıdılması və məhv edilməsi Qərbi Azərbaycanda azərbaycanlıların və müsəlmanların mövcudluğunun izlərini silmək üsullarından biri kimi istifadə olunub. Professor vurğulayıb ki, dini abidələrin əhəmiyyəti onların milli ideologiyanın və mədəniyyətin simvolları kimi rolundan daha genişdir.
"Onlar təkcə milli ideologiyamızın nümayəndələri, mədəniyyətimizin göstəriciləri və simvolları kimi deyil, həm də memarlığımızın və tikinti sənətimizin ən gözəl və ən qiymətli nümunələri kimi böyük əhəmiyyət daşıyırlar", – deyə o qeyd edib.
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. BAKU.WS xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, kor...