Gülçöhrə Məmmədova: "Xüsusi diqqət işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinə yönəldilir"
"Azərbaycanda dini irsin qorunması istiqamətində genişmiqyaslı işlər aparılır. Xüsusi diqqət işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinə yönəldilir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Əməkdar memar Gülçöhrə Məmmədova Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Tarixi-dini abidələrin mühafizəsi: çağırışlar və perspektivlər" konfransında deyib.
Nümunə olaraq Şuşada bərpa edilmiş məscidləri və Ağdam Cümə məscidini göstərib. O qeyd edib ki, bu nümunələr əsasında dini abidələrin bərpası və qorunması istiqamətində işlər davam etdirilməlidir.
"Bizim yüzlərlə dağıdılmış məscidimiz var. Söhbət təkcə dağıdılmış məscidlərin yenidən bərpasından getmir - belə abidələr ölkəmizin bütün ərazisində mövcuddur", - deyə o bildirib.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi apardığı axtarış işləri zamanı belə obyektləri bir-bir müəyyənləşdirir və onları dövlət tərəfindən qorunan irs obyektlərinin siyahısına daxil edir.
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. BAKU.WS xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, kor...