Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb

Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb
Foto
Sosial 40

Yaponiyadan idxal olunan "Aranami Samurai Salt" əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsullarında uyğunsuzluq aşkarlanıb.

Bu barədə BAKU.WS Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, məhsul partiyasından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu müəyyən edilib.

Bununla əlaqədar, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, ümumi çəkisi 22,6 kq istehlaka yararsız məhsul məhv edilib.

Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər