Bakıda ağac maşının üzərinə aşdı
Avtomobilin üzərinə ağac aşan əraziyə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub.
BAKU.WS-in məlumatına görə, yaranan problem birliyin operativ qrupu tərəfindən aradan qaldırılıb.
***09:24
Yağışlı və küləkli hava şəraiti Bakıda bəzi fəsadlara yol açıb. Paytaxtın Nizami rayonunda ağac aşıb.
BAKU.WS-in "Qaynar xətti"nə daxil olan məlumata görə, "Vaz-2107" markalı maşın yıxılan ağacın altında qalıb.
Hadisə rayonun Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
Qeyd edilib ki, küçədə ağacın aşması nəticəsində "Vaz-2107" markalı avtomobilə ziyan dəyib.
Hadisə yerindən fotolar təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Bakıda taksidən pul və bank kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Paytaxtın Nizami rayonu ərazisində taksidən pul və bank kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən (Dİ...