Bakı və Sabirabad sakinləri dəm qazından ölüb
12
fev
2026
13:15
Bakıda 27 yaşlı kişi dəm qazından ölüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Məlumata görə, 1999-cu il təvəllüdlü Aleksandr Bayramov yaşadığı Bakıxanov qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Sabirabad rayonunda da dəm qazından ölüm hadisəsi qeydə alınıb. Fevralın 10-da 1966-cı il təvəllüdlü Nəzakət Əhmədova yaşadığı Qaratəpə kəndindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub?
Bloqer Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə 10 sutkalıq inzibati qaydada həbs olunduğu iddia edilib. BAKU.WS xəbər verir ki, b...