Bakıda zibillikdə partlamamış hərbi sursat aşkarlanıb - FOTO
13
okt
2017
19:45
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində mərminin olması barədə məlumat daxil olub.ANAMA-dan BAKU.WS-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.Agentliyin mütəxəssisləri tərəfindən həmin qəsəbədə şərq yaşayış sahəsi 16-cı döngədəki zibillik sahəsinə baxış keçirilib.Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 266 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası və 265 ədəd 7.62 mm-lik patron) aşkar edilib və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 30 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.BAKU.WS
Oxşar xəbərlər
Füzulidə tank əleyhinə raket və mərmi tapılıb
Füzulinin Əhmədbəyli kəndində su kanalına baxış keçirilib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BAKU.WS-...