Ermənilərin yeni kələyi: Çayla mərmi axıdılır (FOTO)

Ermənilərin yeni kələyi: Çayla mərmi axıdılır (FOTO)
Hadisə 1114
 

Ağcabədidə Qarqar çayında top mərmisi tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BAKU.WS-ə verilən məlumata görə, iyulun 24-də saat 08:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə və saat 08:12-də "102” Xidməti - Zəng mərkəzi sisteminə Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisindən keçən Qarqar çayında partlamamış mərminin aşkar olunması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

ANAMA mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş bir ədəd partlamış top mərmisinin ballistik qapağı götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın ətrafında 3000 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

BAKU.WS

Oxşar xəbərlər

Sumqayıtda 8 ədəd partlamamış mərmi tapılıb

Sumqayıtda 8 ədəd partlamamış mərmi tapılıb

Bu gün Sumqayıt şəhəri ərazisində 8 ədəd partlamamış hərbi sursat aşkar edilib. Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməs...

948 Hadisə 19:12 13 iyul 2016

Son xəbərlər