"Araz" zavodunun ətrafından partlamamış hərbi sursatlar tapılıb

Araz zavodunun ətrafından partlamamış hərbi sursatlar tapılıb
Hadisə 1277
 

Bu gün "Araz" zavodunun ətrafından 10 partlamamış hərbi sursat tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BAKU.WS-ə verilən məlumata görə, Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz” zavodunda baş vermiş partlayışla əlaqədar FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatlarına əsasən 8 ev və həyətyanı sahəyə baxış keçirilib, 10 ədəd partlamamış hərbi sursat (8 ədəd PQ-9 raketi, 1 ədəd OF-56 122 mm-lik top mərmisi, 1 ədəd Q-530 152 mm-lik top mərmisi aşkar edilərək, götürülüb.

Sursatların zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülü. Nəticə etibarilə 5000 kv.m ərazi yoxlanılıb.

BAKU.WS

Oxşar xəbərlər

Sumqayıtda 8 ədəd partlamamış mərmi tapılıb

Sumqayıtda 8 ədəd partlamamış mərmi tapılıb

Bu gün Sumqayıt şəhəri ərazisində 8 ədəd partlamamış hərbi sursat aşkar edilib. Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməs...

948 Hadisə 19:12 13 iyul 2016

Son xəbərlər