Bakıda vulkan püskürdü
01
mar
2018
18:54
Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib.Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.Bildirilir ki, Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 10 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1988-ci ildə qeydə alınıb.Qeyd edək ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda vulkan püskürdü
Şamaxı rayonunda palçıq vulkanı püskürür.APA-nın yerli bürosunun xəbərinə görə, vulkan gecə saat 1:00 radələrində rayonun Quşçu kəndində püskürməyə başlayıb və...