Azərbaycanda vulkan püskürdü
16
yan
2018
16:38
Şamaxı rayonunda palçıq vulkanı püskürür.APA-nın yerli bürosunun xəbərinə görə, vulkan gecə saat 1:00 radələrində rayonun Quşçu kəndində püskürməyə başlayıb və proses hazırda davam edir.Kənd sakini Adəm Yusifov APA-ya bildirib ki, insanlar gecə vulkanın gurultu səsinə oyanıb: “Vulkan püskürməsi zamanı yerin altından xaric olan məhsullar təxminən 10 metr hündürlüyə qalxaraq 1.5 hektara yaxın əraziyə yayılıb. Hazırda vulkanın qaynamaları və palçıq axını davam edir. Ərazidən qaz iyi gəlir. Bu vulkan sonuncu dəfə 2005-ci ildə püskürmüşdü”.Qeyd edək ki, vulkanın püskürdüyü ərazidən 20-30 mert aralıda Quşçu kəndinin sakinlərinə məxsus 15-ə yaxın ev var. Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.BAKU.WS
Oxşar xəbərlər
Səma qapqara oldu - Dünya ilə əlaqə kəsildi (VİDEO)
İndoneziyanın turizim zonası olan Balidə Aqunq dağında vulkan püskürüb. BAKU.WS-in məlumatına görə, dağın ətrafında 6 min metr yüksəkliyə qalxan küllər bütün Ba...