Bakıda vulkan püskürüb, evlərdə çatlar əmələ gəlib - VİDEO

Bakıda vulkan püskürüb, evlərdə çatlar əmələ gəlib - VİDEO
Video
Sosial 1982
 

Paytaxtın Binəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanı püskürüb.

BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki, vulkan 3,5 hektara yaxın əraziyə yayılıb. Xaric olmuş püskürmə məhsullarının qalınlığı mərkəzdə 3 metrə yaxın, kənarlarda isə 20-30 santimetr təşkil edib.

Yaxınlıqda yaşayan sakinlərin sozlərinə görə , püskürmə zamanı bəzi evlərdə çatlar əmələ gəlib. Sonuncu dəfə bu vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb.

Geologiya və Geofizika Institutunun elmi işçisi Orxan Abbasov deyir ki, bu palçıq vulkanı nəinki Azərbaycanda, hətta dünyada ən təhlükəli palçıq vulkanları sırasındadır.

Elmi işçinin sözlərinə görə, palçıq vulkanları ilə tikinti obyektləri arasında ən azı 2 km-dən artıq məsafə olmalıdır. Ancaq həmin ərazidə tikilən evlər palçıq vulkanına 2 km-lik məsafədən də yaxındır.Vulkanın yenidən püskürmə ehtimalı da var.

Orxan Abbasov bildirdi ki, palçıq vulkanının riskləri ilə bağlı mütəmadi olaraq aidiyyati qurumlara xəbərdarlıq edilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər