Nazirlik açıqladı: Azərbaycanda iri palçıq vulkanları aktivləşə bilər
"6 fevral saat 13 radələrində Otman-Bozdağ palçıq vulkanında güclü püskürmə baş verib. Püskürmə 9 dəqiqəyə yaxın davam edib. Vulkan kraterindən cənub istiqamətində eni bəzi yerlərdə 6 metrə çatan çatlar 3-4 km məsafəyə qədər uzanaraq yeni çat sistemi təzahürü yaradıb”.
BAKU.WS-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd edilir ki, yeni xaric edilmiş sülb tullantılarının həcmi 12 hektardan çox ərazini örtüb:
"Xaric olan brekçiya qatının qalınlığı 2 metrə yaxındır, uzunluğu isə 350 metrə çatır. Yaxınlıqda yaşayış məskənləri olmadığından bu palçıq vulkanı təhlükəli hesab edilmir. Vulkanının yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanı da vardır ki, onların da aktivləşmə ehtimalı artıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən prosesə nəzarət olunur və müvafiq ölçmə işləri aparılır. Otman-Bozdağ palçıq vulkanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294s nömrəli Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun daimi istifadəsinə verilib”.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda vulkanın alovunun hündürlüyü 300 metrə çatıb (VİDEO)
Xəbər verdiyimiz kimi, fevralın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda - Qaradağ rayonunun...