Səma qapqara oldu - Dünya ilə əlaqə kəsildi (VİDEO)
28
noy
2017
11:38
İndoneziyanın turizim zonası olan Balidə Aqunq dağında vulkan püskürüb. BAKU.WS-in məlumatına görə, dağın ətrafında 6 min metr yüksəkliyə qalxan küllər bütün Balini qaranlığa qərq edib. Bölgəyə təyyarə uçuşları ləğv edilib və beynəlxalq hava limanı fəaliyyətini 24 saatdır ki dayandırıb. Minlərlə insan aeroportda uçuş üçün gözləyir. Bali və ətraf bölgədə təxliyyə əməliyyatı davam edir. Vulkanın ətrafında yaşayan 100 mindən çox insan evlərini tərk etməyə hazırlaşır. Xatırladaq ki, sonuncu dəfə Aqunq vulkanı 1978-ci ildə partlayıb və nəticədə 1100 nəfər həlak olub.Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языкеŞahinBAKU.WS
Oxşar xəbərlər
Kiyevdən Bakıya uçan təyyarə təcili eniş edib
Bu gün saat 00:33 radələrində Bakıya enməsi gözlənilən Ukrayna Hava Yollarına məxsus PS-601 saylı təyyarə sərnişinlər mindikdən sonra Kiyev aeroportundan havaya...