Azərbaycanın ən böyük vulkanlarından biri püskürüb (VİDEO)

Azərbaycanın ən böyük vulkanlarından biri püskürüb (VİDEO)
Video
Hadisə 1873

Hacıqabulda bu gün səhər saatlarında vulkan püskürməyə başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə ANS PRESS-ə rayonun Uclu kənd sakini Razi Həsənov məlumat verib. Onun sözlərinə görə, səhər saat 07:30 radələrində Kalamandun (Axtarma) dağında püskürməyə başlayan vulkanın mərkəzində alovun hündürlüyü 60-70 metrə qədərdir: "Səhər saatlarında püskürməyə başlayan bu vulkanın mərkəzindən qalxan alov yaxınlıqdakı kəndləri işıqlandırır. Bundan əvvəl belə bir hadisə heç vaxt baş verməmişdi. Baş verən bu təbiət hadisəsi kənd sakinlərinin böyük marağına səbəb olub".

Kənd sakini hadisə barədə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verdiyini, qurumdan isə məsələdən xəbərdar olduqlarını bildirdiklərini deyib.

Razi Həsənov vulkandan lava çıxdığını desə də, bunun kənd üçün təhlükə törətməyəcəyini düşünür. 

BAKU.WS 

Oxşar xəbərlər

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Azərbaycanın Şirvan şəhərində zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, zəlzələ saat 14:15-də Şirvan şə...

2 Hadisə 15:51 18 dekabr 2015

Son xəbərlər