Bakıda uşaqları əlindən alınan kişi intihara cəhd etdi (VİDEO)
10
dek
2017
13:13
Bakının Binəqədi rayonu ərazisində bir nəfər intihara cəhd edib. Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, orta yaşlı kişi uşaqlarının əlindən alındığına etiraz etmək məqsədi ilə bu addımı atıb. Biləcəri yolunda, məcburi köçkünlərin yerləşdiyi köhnə binanın damına çıxan şəxs intihara cəhd edib. Qaynanası tərəfindən uşaqlarının alındığını deyən kişi özünü öldürəcəyini bildirib. Ancaq sonradan onu fikrindən yayındırmaq mümkün olub və həmin şəxs xilas edilib. Hadisənin görüntüsünü təqdim edirik:Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языкеŞahinBAKU.WS
Oxşar xəbərlər
Bakıda intihara cəhd edən şəxs xilas edilib
Bakıda intihara cəhd edən şəxs xilas edilib.BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə d...