Bakıda “Shacman” avtobusa çırpıldı - qəza anı kamerada (VİDEO)

Bakıda “Shacman” avtobusa çırpıldı - qəza anı kamerada (VİDEO)
Video
Hadisə 6666
Bu gün Binəqədi rayonu ərazisində (Biləcəri dairəsi) nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını şirkətimizə məxsus 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib.BAKU.WS-in məlumatına görə, yüklə dolu “Shacman” markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını gəldiyi sürətlə “Daewoo” markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. Avtobusun salonundakı sərnişinlər arasında xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Qəza nəticəsində "Xaliq Faiqoğlu" şirkətinə böyük miqdarda maddi ziyan dəyib. Şirkət artıq bununla bağlı ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib. ŞahinBAKU.WS

Son xəbərlər