Bakıda qadını öldürüb meyitini Qız qalasının yanına atdılar
Bakıda qətl törədilib.
BAKU.WS xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Neftçilər prospekti, 93 ünvanında, Qız qalasının yaxınlığında üzərində xəsarətlər olan qadın meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İstintaq-əməliyyat tədbirləri ilə onun qətlə yetirildiyi müəyyənləşib.
Məlum olub ki, qətlə yetirilən qadın Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Yelena Viktorovna Sandrandinovadır. Qətlin iştirakçısı olmaqda şübhəli bilinən 2 kişi və 1 qadın tutulub. Onlar Zyikov Samir Nərimanoviç, Razumıy Dmitri Aleksandroviç və Alla adlı qadındır.
İlkin məlumata görə, onlar evdə kef məclisi qurublar, sonra aralarında mübahisə yaranıb. Mübahisə zəminində qadın öldürülüb və meyiti Qız Qalasının yanına atılıb.
Araşdırmalar davam edir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda atasını öldürərək meyitini yandıran şəxsdən yeni xəbər
Neftçala rayonunda iki il əvvəl törədilən qətllərlə bağlı yeni məlumatlar açıqlanıb. BAKU.WS DIN-in saytına istinadən xəbər verir ki, Emin Heybətovun atasını q...