Azərbaycanda atasını öldürərək meyitini yandıran şəxsdən yeni xəbər

Azərbaycanda atasını öldürərək meyitini yandıran şəxsdən yeni xəbər
Hadisə 1090

Neftçala rayonunda iki il əvvəl törədilən qətllərlə bağlı yeni məlumatlar açıqlanıb.

BAKU.WS DIN-in saytına istinadən xəbər verir ki, Emin Heybətovun atasını qətlə yetirərkən daha iki nəfərin ona köməklik göstərməsi məlum olub.

Atası Aydını qətlə yetirdiyinə görə Neftçala rayon sakini Emin Heybətov dekabrın 7-də tutulub. Onun ətrafında polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin daha iki iştirakçısı məlum olub.

Bunlardan biri hazırda Cəzaçəkmə Məntəqəsində cəza çəkən qardaşı Amil və digəri isə Bakı şəhər sakini Cavid Əliyevdir.

Emin Heybətov qardaşı Amil və dostu Cavid Əliyevlə birgə 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu Yuxarı Qaramanlı kəndi ərazisində boğaraq qətlə yetiriblər.

Daha sonra onlar meyiti Sabunçu rayonunun Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evin həyətində yandıraraq qalıqlarını basdırıblar.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Cavid Əliyev də tutulub.

Qeyd edək ki, hadisəni törətməkdə təqsirli bilinən Emil Heybətov bir neçə gün əvvəl anası ilə birgə atasının qətlində şübhəli bilinərək tutulub. Müəyyən edilib ki, Emil Heybətov və anası Tükəzban Heybətova 2013-cü ildə atası, 1961-ci il təvəllüdlü Aydın Heybətovu qətlə yetirib. Ana və oğul Aydın Heybətovun meyitini yandırıb, daha sonra qalıqlarını Kür çayına atıblar. Qətli törətməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Tükəzban Heybətova və Emil Heybətov polis tərəfindən saxlanılıb.

İstintaq araşdırması zamanı Aydın Heybətovun ailə üzvləri tərəfindən münaqişə zəminində qətlə yetirildiyi üzə çıxıb.

Məlum olub ki, Aydın Heybətovu oğlu Emil güllələyərək öldürüb. O, atasına iki dəfə atəş açaraq qətlə yetirib, sonra anası Tükəzban və bacısı ilə birgə meyiti həyətdə yandırıb. Onlar yanmış meyitin qalıqlarını kisələrə yığaraq evlərinin yaxınlığından keçən Kür çayına atıblar.

Qətlə yetirilən Aydın Heybətovun qızı nişanlı imiş. Həmin ərəfədə ailənin yaxın qohumlarından biri vəfat etdiyi üçün Aydın Heybətov toyun yubadılmasını istəyib. Lakin oğlan tərəfi, eləcə də ailə üzvləri Aydın Heybətovun bu təklifi ilə razılaşmayıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib və tez bir zamanda toy edib qızı köçürmək istəyən qadın əri ilə dalaşıb.

Münaqişəyə ailənin kiçik oğlu Emil də qoşulub, o, tüfənglə atasını güllələyərək qətlə yetirib.

Daha sonra Emil anası və bacısı ilə birgə izi itirməyə çalışıb.

Aydın Heybətovun qətlindən sonra ailə üzvləri qohum-qonşuya onun Mahaçqalaya işləməyə getdiyini deyib. Onlar qətl hadisəsindən bir neçə gün sonra toyun dəvətnamələrini də paylayıblar.

Aydın Heybətovun toyda iştirak edib-etməyəcəyini  soruşanlara isə onun sərhəddən buraxılmadığı, tezliklə gələcəyi və özünü toya çatdıracağını deyiblər.

Hadisədən və qızın toyundan sonra ailə üzvləri kəndi tərk edərək Bakıya köçüb.

Oğlundan xəbər çıxmadığını görən Aydın Heybətovun atası Dəmir Heybətov şübhələnməyə başlayıb və polisə müraciət edib. Qətlə yetirilən Aydın Heybətov balıq alveri ilə məşğul olub.

Faktla bağlım cinayət işi başlanıb.

Aytən.H

BAKU.WS

Oxşar xəbərlər

Atasını öldürüb yandıran şəxsin başqa cinayəti də açıldı - EVİNİN HƏYƏTİNDƏ BASDIRIB

Atasını öldürüb yandıran şəxsin başqa cinayəti də açıldı - EVİNİN HƏYƏTİNDƏ BASDIRIB

Neftçalada atasını öldürərək meyidini yandırıb külünü Kür çayına atan oğulun daha bir ağır cinayətinin üstü açılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, 20...

1322 Hadisə 15:40 12 dekabr 2016

Son xəbərlər