Bakıda ölümlə nəticələnən yol qəzası baş verib – VİDEO

13
apr
2019
09:10
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Hyundai Elantra" markalı avtomobil ("99-RX-128" dövlət qeydiyyat nişanlı) qarşıda gedən maşına dəyərək, idarəetmədən çıxıb və yol kənarındakı bordürə çırpılıb.Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı sürücü (ad və soyadı hələ ki, məlum deyil) hadisə yerində ölüb. Qəza zamanı maşında yanğın baş verib. Yanğını yoldan keçən hərbçilər söndürüblər.Hadisə şahidlərinin sözlərinə görə, sürücü yuxulu olub və maşını yüksək sürətlə idarə edib.Qəza zamanı "Hyundai"dan başqa daha iki maşına ziyan dəyib.BAKU.WS
Oxşar xəbərlər
Balakəndə ağır qəza – Sürücü öldü
Bu gün səhər saatlarında Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, hadisə rayonun Katex kəndəndən şəhər istiqamətinə hər...